Radioekspedisiya Çuxur-Qəbələ (26-28 may 2012)

“SƏFƏR” klubunun 2012-ci il üçün növbəti ekspedisiya mövsümü pis başlamadı-yazda dəniz mayaklarına (Mərdəkan və Şüvalan mayakları) iki ekspedisiya həyata keçirdik. Sonra mən təklikdə ŞAHDAĞ qoruğuna getdim. Lakin sən istəmədiyin halda vaxt tez ötüb keçir, yaz keçdi və artıq yay gəldi.

Ekspedisiyalarda olmaq həyəcanı özünü göstərdi və biz yeni səyahətlər üçün yerlər axtarmağa başladıq. DX ekspedisiyaların  keçirilməsi üçün rəsmi qeydiyyatdan keçmiş yerlərin sayı isə həddindən artıq çoxdur. Belə obyektlərə “Beynəlxalq Flora və Fauna” proqramı,  “Dəniz kənarı müdafiə qurğuları” proqramı, “Dəniz mayakları” proqramları üzrə olan obyektlər daxildir. Efir aktivliyi üçün daha çox  maraqlı  proqramlar vardır. Lakin yuxarıda qeyd olunan proqramlar bizə artıqlaması ilə bəs edir.

Hər bir ekspedisiyanın işi aşağıda qeyd olunan çox saylı sualların həll olunması ilə bağlıdır: 

  1. Komanda  heyətinin  təyini, radio aparatların seçilməsi və qaydaya salınması.  
  2. Ekspedisiyanın keçirilməsi üçün proqramlara uyğun yerin seçilməsi. 

Bu    halda bir çox amillər nəzərə alınmalıdır. Belə ki, komandanın gəlişi yerli icra hakimiyyəti və obyekt sahibi ilə razılaşdırılmalıdır. Elektrik şəbəkəsindən gərginlik götürülməsinə üstünlük verilməli və ehtiyat generator olmalıdır. Komandanın yerləşməsi üçün yer tapınmasında az əhəmiyyət kəsb etmir – bunun üçün boşalan meşə gözətçisinin koması, meşəbəyi evi və yaxud çadır nəzərdə tutmaq olar.

Operatorlar üçün iş yerlərinin quraşdırılmasından başqa, radioidmançıların yataq kisələrinin yerləşdirilməsi üçün yerlər nəzərdə tutulmalı, həmçinin isti yeməklərin hazırlanması qaydaya salınmalıdır. Lakin bəzi hallarda bütün şəraiti olan yerlər tapmaq çətindir və bu səbəbdən bizim bəzi nəzərdə tutduğumuz  tədbirləri həyata keçirmək mümkün olmur.

Bütün bunlar dəfələrlə nəzərdən keçirilir, çox variantlar saf-çürük edilir və yalnız məni qane edən layihəni həyata keçirirəm. Mən qərarı qəbul etdikdən sonra isə, məni heç bir maneə saxlaya bilməz. Mən bəzən günlərlə rəsmi vəzifə tutan məmurların kabinetlərini gəzərək, radioekspedisiyanın işi üçün onlardan razılıq almağa çalışıram. Bu yolda çox qəribə insanlarla qarşılaşırıq-işimizi ləngitməyə çalışan az savadlı məmurlara da;  təmiz qəlbli insanlara, səni başa düşərək bütün problemlərimizi böyük çevikliklə həll edən insanlarda rast gəlirsən. Əfsuslan olsun ki, sonunculara həmişə və hər yerdə rast gəlmirsən.

Mayaklara olan son ikinci ekspedisiyada bizi çox laqeydliklə qarşıladılar. Bu münasibət bizim idman fəaliyyətimizə təsir etdi və fəallığımızı azaltdı. Lakin komanda üzvlərində çox gözəl keyfiyyət var-xırda narahatlıqları tez unutmaq. Qısası, yeni ekspedisiyanın variantlarının müzakirəsinə başladıq, yekdilliklə çətin, lakin maraqlı variant axtarıldı. Axtarışlar uzun çəkdi və birdən mobil telefon zəng çaldı-telefonda QƏBƏLƏDƏN Sergey Şevçenkonun (4K3FPL) mehribancasına səsi eşidildi: “Dostlar, başqa söhbət ola bilməz. Əlbəttə Qəbələyə gəlin. Komandanın   əsas heyəti gələnə kimi hər şeyi təşkil edərəm.” Bundan sonra bir neçə dəfə zəngləşdik və hazırlığın bütün mərhələlərini müzakirə etdik. Sergeyin (4K3FPL) təklifi ilə komandanın yerləşəcəyi yeri təyin etdik: həmin yer arxeoloji qazıntılar aparılan Qədim QALA olan ÇUXUR-QƏBƏLƏNİN qalıqlarının yerləşdiyi ərazidir. Həmin ərazi indiki QƏBƏLƏ şəhərindən cənub-şərqdə yerləşir.

 Xəritəyə nəzər yetirirəm-çox yaxşı! Qarşıdakı ekspedisiyanın yerləşəcəyi yer WFF proqramı üzrə 4JFF-014 ərazisi ilə eynilik təşkil edirdi. Bura həmdə WCA proqramı üzrə 4K-016 ərazisidir. Deməli buradan efirə çıxmaqla, 2 obyekti təmsil etmiş oluruq və eyni zamanda 2 radioekspedisiyanın işini görmüş oluruq.

Qabaqcadan müəyyən təhlillərin aparılması bizə əlavə stimul erdi və tezliklə hazırlıq işlərinə başlanıldı. Günlərin birində Sergey QƏBƏLƏDƏN zəng etdi və bildirdiki arxeoloji ekspedisiyanın rəhbəri, Azərb. Resp. EA-nın müxbir üzvü cənab İlyas Babayevlə müəyyən söhbətlər edib, o isə öz növbəsində əlindən gələn köməyi göstərməyə hazır olduğunu bildirib.

İlyas Babayevlə sonrakı tanışlıq onun çox mehriban insan və yüksək səviyyəli mütəxəssis olduğunu göstərdi.

Eyni zamanda ekspedisiyanın tərkibi müəyyən olundu. Bizim idmançılardan başqa komandanın heyətinə xidməti işləri ilə əlaqədar olaraq Azərbaycanda olan Rusiyadan və Yaponiyadan hər birində bir nəfər olmaqla iki idmançı daxil idi. Beləliklə heyət beynəlxalq komanda statusunu aldı. Beynəlxalq komandanın tərkibi : 4K4K- BORİS,  JR0HYT- YASUHİKO,  4K6AE- ANAR,  4K3M – FƏRHAD, RA6FPL/4K3FPL- SERGEY, 4K6AF- FƏRİD, E-logger və mən 4J5T- NATİQ. Ekspedisiyanın işinin ikinci günü 4K6N- NAİLdə bizə qoşuldu.

Qeyd edim ki, bizim radistansiyalarla, antennalarla, nəqliyyat və QSL-açıqca ilə olan problemlərimiz  artıq yox idi. Son illər bəzi avadanlıqları özümüz aldıq, bəzisini özümüz hazırladıq, bəzilərini isə dostlar bağışladı.

Hər şeyi qaydaya saldıq, lakin bütün avadanlığın daşınması müəyyən çətinlik törətdiyindən güc gücləndiricilərindən və hündür dayaqlardan imtina etdik. Antennalar üç müxtəlif tipdə idi: 1-Şaquli çox diapazonlu “DİAMOND”CP-6, 2-Əldə düzəltmə, perimetri 42,2 m olan çoxdiapazonlu “Üçbucaq” antenna, 3- WARC diapazonlar üçün “Dipol” antenna. Hər üç antenna yığcamdır,daşınmada əlverişlidir, çöl şəraitində tez qurulur və əlbəttəki çox saylı ekspedisiyalarda sınaqdan çıxarılıb.

Bakıdan sübh tezdən (26 may) 2 maşınla yola çıxdıq. Mən Borislə-4K4K birinci maşında,  Anar-4K6AE və  Yasuhiko-JR0HYT  ikinci maşında idik. İlk cansıxıcı  100 km yolu tez başa vurduq.  Şamaxının yaşıllıq zonasına daxil olduq, sonra isə mənzərəli İsmayıllı arxada qaldı və biz artıq Qəbələdəyik. 

Qəbələ bizi parlaq günəş,  hündür buludları,  yaşıl otlar üzərində şeh damcılarl  və əlbəttəki sərin bulaqları ilə qarşıladı. QƏBƏLƏNİN təbiətini bir neçə cümlə ilə ifadə etmək mümkün deyil, bunları görmək və seyr etmək lazımdır. 

SERGEY-4K3FPL  şərtləşdiyimiz yerdə bizi gözləyirdi. Bu ərəfədə Kürdəmirdən gələn FƏRHAD-4K3M  tezdən  burada idi. Fərhad təcrübəli radiomühəndisdir və radiotexnika-energetika sahəsində  böyük iş təcrübəsinə malikdir. Onun xarakterinin xüsusiyyəti- verdiyi sözə əməl etməsi və səliqəliliyidir. O, ekspedisiyalarda öz şəxsi keyfiyyətlərini dəfələrlə nümayiş etdirmişdir.

Artıq biz tam heyətdə ekspedisiyanın keçiriləcəyi ərazidə idik. Demək olarki,   sakitcə  avadanlıqları maşınlardan boşaltdıq. Əvvəlcə, radiostansiya yerləşən çadıra 600 metrlik məsafədən kabel vasitəsi ilə 220 v elektrik xətti çəkdik.

Əvvəlki ekspedisiyaların təcrübəsi , hər kəsin öz işinə məsuliyyətlə yanaşması işimizi sürətləndirdi. Demək olarki, bir saat sonra özümüzün İCOM-718 markalı həvəskarlar  üçün olan radiostansiyanı işə qoşduq.

18 Mhs tezlikdə efirdəyik- ilk anda efirdə çox sakitlikdir. Eləki, kökləmə dəstəyini fırlatdıq, çadıra teleqraf siqnallarının tanış melodiyası doldu. Bu ərazidə diapazon çox təmizdir, hətta şəhərli radistin qulaqlarının  adət etdiyi efirdəki qarmaqarışıq maneə siqnalları eşidilmirdi. Bax bu başqa  məsələ…….!

14 Mhs tezlikli diapazona keçirik. Burada efir müxtəlif həvəskar radiostansiyaların siqnalları ilə doludur və boş tezlik sahəsi yoxdur. Yarışın qızğın vaqxtıdır.  Lakin yarış bizlik deyil və bizim məqsədimiz başqadır. Yarış iştirakçılarına mane olmamaq üçün  WARC diapazonlarına keçirik.  Burada yarış keçirilmirdi və ekspedisiya xallarımızı yığmaq üçün efirdə işə başlamaq olar.

Təcrübəli  teleqrafçı və bir çox radioidmançılarımızın müəllimi Boris Qorobets-4k4K teleqraf açarının arxasına keçir. Bir neçə dəqiqədən sonra tezlikdə əsl “pile up” (eyni tezlikdə çox sayda operatorun işləməsi) var idi.

Bəzən bir dəqiqədə 3, bəzəndə 4 rabitə seansı keçirilirdi. Lakin bir neçə yüz rabitədən sonra bizi çağıran operatorların sayı azaldı, gərginlik sovuşdu.  Yenidən internetdə məlumat verdik və tezlikdə xarici operatorların çoxluğu müşahidə olundu. Qeyd edəkki çöl şəraitində internetdən istifadə olunması böyük uğur gətirir və bundan qaçmaq olmaz.  Hərçənd bu avadanlığın ümumi çəkisini artırır. Daha bir neçə yüz rabitə seansından sonra, teleqraf açarında işləmək üçün növbə Yasuhikoya-JR0HYT  çatır.

O, yaponlara məxsus sakit tərzdə dinmədən tezlikdə çağıran stansiyaları ardıcıl olaraq seçməyə başladı. Ukraynalı dostların güclü siqnalları və ya təmkinli italyanların siqnalları arasında onun səbrlə işləməsini izləmək daha xoş idi.  Bizim Yasunu narahat etmək mümkün deyildi. Sakitcə, bir-birinin ardınca rabitə yaradaraq  aparat  jurnalında çağırış siqnallarını yazmağa başladı. İki saatlıq gərgin işdən sonra onu Anar-4K6AE  əvəz etdi. Efirdə CW siqnalları əvəzinə SSB siqnalları səslənməyə başladı.

Efirdə işin sürəti azalır. Anar təcrübəli radiomühəndis-konstruktor olsada efirdə işləmək təcrübəsi azdır və sürətdə aşağıdır. Təcrübə vacib amildiir.  Əlbəttə eyib etməz və biz    Anara inanırıq. Qarşıda isə onu böyük uğurlar gözləyir.

Burada hava fantastik sürətlə dəyişir, antennaları, dağları  və buludları seyr etdikcə  günəş batmağa başladı  və səma qırmızı şəfəqə büründü.

Yoldaşları aparat arxasında qoyaraq, qədim şəhərin kənarları ilə tanış olmağa yollandıq. Burada hər şey maraqlı idi və təəcüb dolu baxışlarla ərazini seyr edirdik. Həqiqətən deməliyəmki, başqa ekspedisiyalar vaxtında bunları heç yerdə görməmişdik.

İş burasındadırki, bir neçə illlər ərzində arxeoloji qazıntılar aparılan SELBİR şəhərciyinin yaxınlığında yerləşmişdik. Qazıntılar 1915-ci ildən başlayaraq bir neçə onilliklərdirki aparılır. Lakin bu işlər son illərdə birgə beynəlxalq Azərbaycan-Koreya Mədəni Dəyərlərin Mübadiləsi təşkilatının “SEBA” (Seul-Bakı) rəhbərliyi altında aparılır.

Koreyalı arxeoloqların iştirakı yeni metodların və alətlərin tətbiqinə, həmçinin müvafiq tarixi və arxeoloji yönümlü elmi mərkəzlərin geniş məlumatlandırılması baxımından geniş əhəmiyyət kəsb edirdi. Qeyd-şərtsiz demək olarki, belə təşkilatçılıq aparılan qazıntıların səmərəliliyini və yüksək səviyyədə olmasını təmin edirdi.

Məlumdurki, bu yerlər Qafqaz Albaniyasının qədim paytaxtıdır və bizim eradan əvvəl 4-cü əsrdən başlayan tarixi vardır. Biz bu tarixə çox təəccüb etdik. Sonra isə Bizim və Koreyalı alimlərdən bu məlumatı təsdiqləmələri üçün bir neçə dəfə soruşduq. Onlar cavabında gülümsəyərək, dedilərki bu məlumat heç kəs tərəfindən təkzib olunmur və bunlar bir fakt olaraq dünyanın elmi ictimaiyyəti tərəfindən çoxdan qəbul olunub.

Bəli, əcdadlarımıza görə qürur hissi keçiririk, fərəhlənməyə və əlbəttəki təəccüblənməyə dəyər.

Lord Karker, Şliman, Şampolion özlərinin dahi tarixi kəşflərini edərək, qeyri-ixtiyari olaraq Dünya tarixşünaslığını zəhmət çəkdikləri istiqamətdə aparmışlar.

Nəticədə başqa ölkələrin məktəbliləri dünya tarixinin vaxtını qədim Misirdən, Yunan və Romadan hesablayırlar. Guyaki, bunlara qədər QAFQAZ      ALBANİYASININ sivilizasiyası,  skiflərin, şumerlərin, xəzərlərin, masqagetlərin mədəniyyəti olmamışdır…….eh!

Qazıntı üçün nəzərdə tutulan ərazi düzgün koordinatlarla kvadrat şəklində qeyd olunur və səliqəli, torpağı qarış-qarış götürülərək arabalarla qazıntı yerlərindən uzağa aparılaraq boşaqldılır. Bel, külüng və sair iri alətlər istifadə olunmur, yalnız kiçik arxeoloji alətləri işlədirlər. Qazıntı işlərinin ölçüləri böyük olsada, hər yerdə  səliqə-sahman görünür.

Xüsusu maraq kəsb edən  bir neçə sahələrin üstü şəffaf örtüklərlə örtülmüşdür.  Bahalı olsada təbiət təsirlərindən qorumaq lazımdır və daha əzəmətli görünür.

Dərinlikdə isə bişirilmiş gildən hazırlanmış borulardan çəkilmiş qədim su xəttinin qalıqları görünür.  Qazıntı aparılan sahə 13 hektardır və  bunlar insanı heyrətləndirir. Çoxlu sayda gil gablar, bəzək əşyaları, at yəhərinin hissələri, silah, gündəlik tələbat əşyaları yer üzərinə çıxarılmışdır. Həmçinin çörək bişirmək üçün təndirlər, yanmış kərpic və qablar, hamam, yaşayış yerləri, səngər tikililəri tapılmışdır. İnsanların və atların qəbirləri aşkar olunmuşdur.  Düşmənlərdən qorunmaq, təbiət hadisələrindən mühafizə, su ilə təminatı və kanalizasiya sistemi üçün bu şəhərciyin dəqiq planlaşdırılması böyük əhəmiyyət kəsb edir və maraq doğurur.

Sonda səmimi və zəhmətkeş sahibimiz , radioekspedisiyanın müvəffəqiyyəti üçün böyük kömək göstərmiş professor İlyas Babayevə təşəkkür edirik.

 

NATİQ KASUMOV- ex-4J5T,SK  (03 may 2015-ci ildə vəfat etmişdir)

Leave a Comment